Bu günkü hakimiyyətin fəaliyyəti və müxalifətin gündəliyi bizə ona əmin olmaq üçün kifayət olan əsas verir ki, həmin siyasi partiyalarda bu günkü siyasəti radikal dəyişməyə hazırlıq mövcuddur.

Siyasi məkan bütövlüklə siyasi dava üçün ayrılıb, hansılarda ölkənin inkişafına fərqli baxışların müzakirə edilməsi üçün yer qalmır. 

Bu gün yalnız “Sosial-demokratlar Gürcüstanın inkişafı naminə” partiyasının

ölkənin inkişafı barədə formalaşmış düzgün baxışı və proqramı vardır.

Biz inanırıq ki, bizim hərəkətimiz və mübarizəmiz nəticə verəcək –

Gürcüstan inkişaf etmiş ölkə olacaqdır!

Sovetlər İttifaqı dağıldıqdan və Gürcüstan müstəqilliyini bərpa etdikdən sonra, demək olar ki, əsrin üçdə biri keçdi. Həmin uzaq 1991-ci ildə ölkənin əhalisinin mütləq əksəriyyəti əmin idi ki, müstəqilliyin əldə edilməsi ilə birlikdə öz-özlüyündə daha yaxşı həyat olacaqdır. Zamanın bizə göstərdiyi kimi, xalqımızın böyük əksəriyyəti üçün bu belə baş vermədi və daha yaxşı perspektiv də görünmür.

Aşkardır ki, ölkənin iqtisadi və sosial böhranı fonunda cəmiyyətin öz həyatından narazılığı daha da artır, siyasi elitanın isə o suala cavabı yoxdur ki, nədən ölkə artıq 30 ildir ki, geridə qalma və yoxsulluğun sehirli dairəsində fırlanır. Bu gün aydın görünür ki, nəsə həqiqətən düzgün getmir – ölkədə aparılan siyasət yekun olaraq böhrana girib.

Biz düşünürük ki, bizi bu vəziyyətə gətirən səbəbləri birlikdə dərk etməyimizin, ən yaxın keçmişi analiz etməyimizin, onları digər ölkələrin, ilk növbədə inkişaf etmiş ölkələrin təcrübələri ilə müqayisə etməyimizin və bizə inkişaf etməkdə maneçilik törədən səbəbləri tapmağımızın vaxtı gəldi.

Bizdə ideoloji yanaşmalar və düşüncələr hökm sürür ki, hansıların əsarətində Gürcüstanın bütün hakimiyyəti müstəqilliyi əldə etdikdən sonra bu günədək olmuşdur:

  • Dövlətin, ölkənin inkişafını təşkil edən subyekti kimi, tam gözardı edilməsi vəhşi kapitalizmi yaratmışdır;
  • Azadlıq ideyasının möhkəmləndirilməsi tarazlığın gözardı edilməsi şəraitində, siyasi və iqtisadi gücün insanların dar dairəsində konsentrasiya olunmasına səbəb olmuşdur, bir halda ki, vətəndaşların böyük əksəriyyəti siyasətə təsir etmək imkanına malik deyildir;
  • İqtisadi siyasətin b.a. azad bazarın qanunlarına çatdırılması, bu da öz-özlüyündə ölkənin iqtisadi inkişafına uzunmüddətli baxışın mümkünlüyünü istisna edir, bizə elə bir nəticə verdi ki, ölkədə, demək olar ki, sənaye və kənd təsərrüfatı məhv olub, mühəndislik-texniki kadrlar yox olub, maddi sərvətlər yaradılmır. İnkişaf üçün hər bir təbii sərvəti olan ölkəni hər il başqa ölkələrdə çörək pulunu qazanmaq ümidi ilə minlərlə insan tərk edir.

Həmin prinsiplər üzərində qurulmuş siyasət elə bir nəticə verdi ki, ölkədə yaranmış sərvətin qeyri-bərabər, ədalətsiz şəkildə bölüşdürülməsi baxımından Gürcüstan dünyada qabaqcıl yer tutmuşdur. Bu ölkənin bütün inkişaf cəhdlərini kökündən məhv edir. Bu gün, zəngin insanların kiçik qrupları milli sərvətin 90%-nə nəzarət edir, buna görə də bütün “iqtisadi uğurlar”, hansılar barədə Gürcüstanın bütün hakimiyyətləri daima söhbət edir, yalnız bu kiçik qrupların növbəti zənginləşməsinə yönəldilmişdir.

Biz yalnız azlıq üçün əlverişli olan və çox insanları perspektivsiz qoyan vəhşi kapitalizmi əldə etdik.

Biz qabaqcıl ölkələrin inkişaf tarixindən birmənalı şəkildə onu təsdiq edən bir çox misal gətirə bilərik ki, ölkələrin inkişafı heç bir yerdə dövlətin fəal iştirakı olmadan baş tutmamışdır. İnkişaf yalnız və yalnız dövlətin bilavasitə rəhbərliyi və iştirakı ilə, b.a. “dövlət inkişaf siyasəti” vasitəsilə baş tuturdu.

İnkişafa doğru necə getməliyik?

İnkişafa doğru gedən yol ölkənin iqtisadiyyatının inkişafından keçir. İqtisadiyyatın inkişafı isə, ilk növbədə, iqtisadiyyatın sənayeləşdirilməsini tələb edir. Bu isə mütləq dövlət tərəfindən strategiyanın müəyyən edilməsini, planların işlənib hazırlanmasını və idarəetmənin səmərəliliyinin yüksəkdilməsini tələb edir.

Bu siyasətdə çıxış prinsipi insanın yaradıcı əməyinin hərtərəfli dəstəklənməsidir. Bütün insanlar üçün ölkənin inkişafında iştirak etmək və öz və cəmiyyətin firavanlığını təmin etmək imkanını yaratmalıyıq. Bu sosial-demokratik prinsiplərə əsaslanan siyasət vasitəsilə həyata keçirilə bilər.

Bizim məqsədimiz sadəcə hakimiyyətin növbəti dəyişdirilməsini nəzərdə tutmur. Bizim ölkənin taleyini, hər bir vətəndaşın həyatını kökündən dəyişəcək inqilabi çevirilişlərə ehtiyacımız vardır.

Bu məqsədə yalnız hakimiyyətin və vətəndaşların birgə səyi ilə nail olmaq mümkündür. Biz, gürcü sosial-demokratlar, bu məsuliyyəti öhdəmizə götürməyə və xalq ilə birlikdə Gürcüstanı inkişaf etmiş ölkəyə çevirməyə hazırıq.

Ölkəmizdə formalaşmış vəhşi kapitalizmi sosial-demokratik inkişaf ilə əvəz edək!

Sosial-demokratik inkişaf

sürətləndirilmiş inkişaf deməkdir!

Sosial-demokratik inkişaf sürətləndirilmiş inkişaf deməkdir və ona davamlı sənaye artımı əsasında nail olunur.

  • Sənaye inkişafının vəzifəsi – ixraca yönəldilmiş sənaye məhsullarını istehsal edən iqtisadiyyatı yaratmaqdır, çünki yalnız
  • Rəqabət qabiliyyətli ixrac məhsulları və xidmətlərini yaradan iqtisadiyyat yüksəkmaaşlı iş yerlərini yaradır;
  • Dövlət iqtisadiyyatın sənayeləşdirmə prosesində aparıcı rol oynayacaqdır.

Bunun üçün:

  • İnkişaf Şurası yaradılacaqdır, həmin şura çoxillik planlar əsasında iqtisadiyyatın strukturlu islah edilməsini həyata keçirəcəkdir;
  • İlk dörd illik plan ölkəni iqtisadiyyatın fəaliyyətinin yeni strukturlu yüksəkliyinə qaldıracaqdır. Planlar üç müxtəlif səviyyədə – ümumi dövlət, regional və yerli (bələdiyyə) səviyyələrində açılacaqdır;
  • Sənaye və Ticarət Nazirliyi yaradılacaqdır, həmin nazirlik alimlər, tədqiqatçılar və təcrübəçi mütəxəssislər ilə birlikdə sənayenin prioritetli sahələrini öyrənərək müəyyən edəcək, o cümlədən, dünyanın qabaqcıl texnologiya və innovasiyalarının cəlb edilməsi vasitəsilə ölkədə yüksəktexnoloji, rəqabət qabiliyyətli məhsulların istehsalına dəstək olacaqdır; yerli məhsulların ixraca çıxarılmasının dəstəklənməsi onun əsas qayğısı olacaqdır;
  • İqtisadiyyatın prioritetli sahələrinin inkişafını dəstəkləmək üçün dövlət maliyyə institutları (məsələn, sənaye bankı, aqrar bank) yaradılacaqdır;
  • Sürətləndirilmiş inkişafı həyata keçirmək üçün zəruri olan dövlət məmurları mövcud olan kadrların yenidən hazırlığı və yeni kadrların səfərbər edilməsi yolu ilə seçiləcəkdir;
  • Sənaye inkişaf strategiyası və sənayenin sahə fəaliyyət planlarının işlənib hazırlanması müvafiq sahələrin nümayəndələri, işəgötürənlər və işəgötürülənlər ilə konsultasiyalar və onlarla tərəfdaş əməkdaşlığı yolu ilə həyata keçiriləcəkdir;
  • Sənaye siyasətinin birinci mərhələsində prioritet qida və yüngül sənayenin sahələrinə, tikinti materiallarının emalı, eləcə də yerli xammal bazarında işləyəcək və yeni iş yerlərinin yaradılmasına dəstək olacaq istənilən istehsalata veriləcəkdir; parallel olaraq müasir yüksəktexnoloji istehsalatın inkişafı üçün əsas hazırlanacaqdır.
  • İqtisadiyyatın strukturunun çevirilməsi və modernizasiyası vəzifələrindən irəli gələrək, təhsil və elm siyasətində əsaslı dəyişikliklər həyata keçiriləcəkdir.

 Sosial-demokratik inkişafın bu modeli ölkəyə son olaraq hökm sürən, insanlara az yönəldilmiş vəhşi kapitalizmin əsarətindən çıxmaq və yaradılmasında böyük payın sosial-demkratik hərəkata məxsus olduğu, inkişaf etmiş Avropanın bir hissəsi olmaq imkanını verəcəkdir.

Sosial-demokratik inkişaf

kənddə layiqli həyat və əmək şəraiti deməkdir!

Sosial-demokratların məqsədi kənddə yaşayan bütün ailələr üçün layiqli həyat və əmək şəraitini yaratmaq; əhalinin gəlirləri, siyasi təsiri, firavanlığı və sosial şəraiti baxımından kəndi şəhərə yaxınlaşdırmaqdır.

Həmin məqsədə aşağıdakılar xidmət edir:

  • Aqrar siyasət, ticarət və sənaye regionlarında inkişaf;
  • Kənd və dövlətin tərəfdaşlığı.
  • Aqrar siyasətin prioriteti aqroməhsulların satışını təmin etməkdir.

Bizim aqrar siyasətimiz bu günkü kəndin həyatını və kənd təsərrüfatı fəaliyyətini tamamilə dəyişəcəkdir, çünki əsas vəzifə aşağıdakılar olacaqdır:

  • Kənddə istehsal edilmiş ilkin məhsulların zəmanət edilmiş satışı üçün zəruri şəraitin yaradılması;
  • Kəndlərdə ərzağı təhvil alan məntəqələrin açılması və onların nəqliyyat vasitələri ilə təmin edilməsi;
  • Bütün rayon mərkəzlərində ərzağı saxlayan anbar və soyuducu təsərrüfatının və ərzağı emal edən müəssisələrin yaradılması;
  • Dövlət müəssisələri tərəfindən yerli ərzağın satın alınmasının həvəsləndirilməsi;
  • İxraca yönəldilmiş bitkilərin becərilməsinin həvəsləndirilməsi və onların xarici ölkələrə çıxarılması üçün zəruri şəraitin yaradılması:
  • Keyfiyyətə nəzarət, standartlaşdırma, marketinq, nəqliyyat və logistika xidmətlərinin formalaşması;
  • Xarici şirkətlərlə əlaqələrin qurulması;
  • Ailə təsərrüfatları tərəfindən bol və keyfiyyətli məhsulun əldə edilməsi üçün zəruri şəraitin yaradılması:
  • Ailələrə torpağın işlənməsi üçün avans şəklində alınmış yardımın qiymətini məhsul satıldıqdan sonra ödəmək imkanının verilməsi;
  • Kreditlərə əlçatanlıq (dövlət aqrar bankı, kooperasiya kredit ittifaqları);
  • Mütəxəssislər (baytar, aqronom, traktorçu…) və keyfiyyət laboratoriyaları ilə təmin edilməsi;
  • Aqrar biliyin verilməsi.
  • Kənd təsərrüfatı inkişafının planlaşdırılması və çoxillik planlar əsasında idarə edilməsi

Bizim məqsədimiz kənddə yaşayan bütün ailələr üçün ondan ötrü kifayət olan stimulların yaradılmasıdır ki, işlənmiş torpaqdan əldə edilmiş gəlir yalnız özlərini dolandırmaq üçün deyil, eləcə də layiqli həyat şəraitini yaratmaq üçün kifayət olsun, bu isə yalnız dövlətin fəal dəstəyi ilə mümkündür.

  • Kənd və dövlətin tərəfdaşlığı vasitəsilə kənd əhalisinin dövlətin aqrar siyasətinə təsirinin təmin edilməsi

Kənddə yaşayan öz-özünə işləyənləri birləşdirmək üçün, onların maraqlarını, ümumi resurslarını, kollektiv hüquqlarını ölkənin inkişafına qoşmaq üçün yeni struktur, kəndlərin milli yığıncağı yaradılacaq və o, dövlət ilə kənd arasında tərəfdaşlıq mexanizminə çevriləcəkdir.

  • Hakimiyyət kənd ilə əlaqədar olaraq qərarı qəbul etməzdən öncə həmin qərarın məzmununu kəndlərin milli yığıncağı ilə müzakirə etməli olacaqdır.
  • Gürcüstanın müxtəlif guşələrinin nümayəndələrinin ümumi maraqları, təcrübəsi, ən yaxşı praktikaları paylaşacağı, tərəqqi və inkişaf prosesinə qoşulacağı, öz gələcəyinə nəzarət edəcəyi və əlavə güc və təsiri əldə edəcəyi bir məkan – forum yaradılacaqdır.

Kənd və kənd təsərrüfatının inkişafının bu modelinin bu gün alternativi yoxdur və sürətləndirilmiş inkişafın sosial-demokratik konsepsiyası çərçivəsində gürcü kəndinin 21-ci əsrə keçirilməsinin ilk şərtidir!

Sosial-demokratik inkişaf

ədalətli vergilər deməkdir!

Vergilər vasitəsilə hamımız ümumi, dövlətçilik fəaliyyətində, ölkənin inkişafında iştirak edirik. Lakin, bu gün, vergi yükü, zənginlərin dar dairəsinə deyil, yoxsul və azgəlirli əksəriyyət üçün daha ağır yükə çevrilib. Bu vəziyyət dəyişməlidir.

Bizim vergi islahatımızın məqsədi sosial-demokratik prinsiplər üzərində qurulmuş mütərəqqi vergitutma rejimini formalaşdırmaqdır ki, həmin zaman gəliri aşağı olan insanlardan, gəliri yüksək olan insanlardan daha az vergi tutulur:

  • Ayda 500 lariyə qədər gəlirdən – 10% vergi tutulacaq
  • Ayda 500 laridən 3000 lariyə qədər gəlirdən – 20% vergi tutulacaq
  • Ayda 3000 laridən 10 000 lariyə qədər gəlirdən – 30% vergi tutulacaq
  • Ayda 10 000 laridən və yuxarı olan qədər gəlirdən – 40% vergi tutulacaq.
  • Bu cür vergitutma rejiminin tətbiq edilməsi nəticəsində:
  • Vergi ödəyəcilərinin 95%-dən çoxunun vergiləri azaldılacaq;
  • Vergi ödəyəcilərinin yalnız 5%-nin vergiləri əhəmiyyətsiz dərəcədə artırılacaq;
  • Büdcəyə ən böyük töhvəni ən zəngin insanlar (0,5%) verəcəklər;
  • Eləcə də əmlak vergisinin dərəcələrini dəyişəcəyik:
  • İldə 50 000 laridən 100 000 lariyə qədər gəlir şəraitində əmlakdan 0.2% vergi tutulacaqdır;
  • 100 000 laridən 500 000 lariyə qədər – 0.5%;
  • 500 000 laridən 1 000 000 lariyə qədər – 1.5%;
  • 1 000 000 laridən artıq – 2%.

Bu günkü vəziyyətdən fərqli olaraq, əmlak vergisini vətəndaşlar 50 min laridən artıq gəlirə malik olduğu halda ödəyəcəklər, bu gün həmin hədd 40 minədəkdir.

Ən zənginlərin əmlak vergisi artırılacaqdır.

  • Həmin islahat nəticəsində büdcə hər il əlavə olaraq təxminən 500 milyon lari əldə edəcəkdir.

Büdcəyə daxil olmuş əlavə məbləğlər aşağıdakılara sərf ediləcəkdir:

  • Sürətləndirilmiş sənayeləşdirmə, aqrar və texnoloji inkişaf;
  • Təhsil və elm;
  • Kəskin sosial problemlərin həlli.

Sosial-demokratik vergi islahatı son olaraq əhalinin kiçik hissəsinin əlində maliyyə resurslarının həddindən artıq konsentrasiya edilməsinə son qoyacaqdır, hansı ki, bu günədək kifayət olan iqtisadi artıma, işsizliyin azaldılmasına, regionlarda, kənd təsərrüfatı və sənayeyə sərmayələrin qoyulmasına səbəb olmamış və yalnız yoxsul əhalinin daha da yoxsullaşmasına dəstək olmuşdur;

Sosial-demokratik vergi islahatı son olaraq vəhşi kapitalizmin prinsiplərinə uyğunlaşdırılmış, zənginlər üçün vergilərin maksimal olaraq azaldılmasına yönəldilmiş və dövlət büdcəsinin orta və aşağı gəlirlərə malik olan vətəndaşların hesabına doldurulmasını həyata keçirən vergilərin nöqsanlı sistemini dağıdacaqdır;

 Sosial-demokratik vergi islahatı son olaraq dövlət tərəfindən vergilərin insanların fərqli iqtisadi vəziyyətini nəzərə almaqla təyin edilməsini tətbiq edəcək və vergilərdən əldə edilmiş gəlirləri ölkənin sürətləndirilmiş inkişafının sosial-demokratik prinsiplərinə uyğun olaraq yönəldəcəkdir.

Bizim islahatımız hər kəs üçün ədalətsizliyin aradan qaldırılmasını, bərabərsizliyin azaldılmasını və həmrəyliyə əsaslanan inkişafı təmin edəcəkdir!

Sosial-demokratik inkişaf münaqişələrin

sülh yolu ilə həll edilməsini nəzərdə tutur!

Münaqişələrin həllinə doğru gedən yol çətin və uzundur. Bu istiqamətlə bu gün mövcud olan yanaşmalar nəticə verməmişdir. Belə ki, onlar mütləq dəyişdirilməli və aşağıdakı addımlar atılmalıdır:

  • Bizim abxaz və osetin həmvətənlilərimizlə etimadı bərpa etmək;
  • Etimadı bərpa etməzdən öncə siyasi status ilə əlaqədar olaraq moratoriumu tətbiq etmək;
  • İqtisadi və humanitar münasibətləri, o cümlədən, ticarəti, birgə müəssisələri və sərmayələri dəstəkləmək;
  • Bütün səviyyələrdə, o cümlədən, de-fakto hakimiyyətlərlə danışıqları aparmaq və münasibətləri qurmaq;
  • Gücün tətbiq edilməməsi barədə müqaviləni rəsmiləşdirmək;
  • Nəqliyyat gediş-gəlişinin bərpa edilmə məsələsini müzakirə etmək;
  • Birgə təhlükəsizlik zəmanətləri şəraitində sərbəst hərəkəti təmin etmək;
  • Münaqişəli ərazilərdə yaşayan əhali üçün Gürcüstanın qalan əhalisi ilə eyni imkanın – o cümlədən, Avropa İttifaqı ilə vizasız gediş-gəlişin, azad ticarətin, donor və qrant yardımlarının alınmasının tam əlçatanlığını təmin etmək.

Yalnız bu cür addımların atılması bu münaqişələrin yekun həllinin ilk şərtlərini yaradacaqdır.

 Müharibəni tarixə çevirək!

Sosial-demokratik inkişaf xarici siyasətin ideologiyasından

azad edilməni nəzərdə tutur!

Xarici siyasəti mütləq ideologiyadan azad etməli və onu ölkənin inkişafının, iqtisadiyyatının dirçəlişinin maraqlarına tabe etməliyik.

Biz dəyişkən və olduqca proqnozlaşdırılmayan dünyada yaşayırıq. Əgər bizim öz siyasətimiz olmazsa, başqasının siyasətini həyata keçirənə çevriləcəyik.

Bizim xarici siyasətimiz aşağıdakı prinsiplərə əsaslanmalıdır:

  • Hökm sürən o barədə fikri yenidən dərk etməliyik ki, Gürcüstan qurbandır və yalnız güclü himayədar tapıldığı halda bizə kömək etmək mümkündür;
  • Biz ona can atmalıyıq ki, ölkə daxilində maksimal olaraq konsensual prinsiplər və xarici siyasətə qarşı yanaşmalar formalaşsın;
  • Bu gün biz Avropa İttifaqı və NATO-da ciddi cağırışların şahidiyik. Fövqəldövlət birləşmələrinin gələcəyinin necə inkişaf edəcəyindən asılı olmayaraq, Avropa və ABŞ bizim strateji tərəfdaşlarımızdır və olacaqlar;
  • Bizim iqtisadiyyatımızın inkişafı üçün, əhalinin firavanlığına nail olmaq üçün mütləq gərginliyi azaltmalı və Rusiyanın iqtisadiyyatı ilə suverenitet prinsiplərinə riayət etməklə fəal əməkdaşlıq etməliyik;
  • Ölkəmizin inkişafı üçün tənqidi olaraq, Türkiyə kimi, regionun böyük dövlətləri ilə, eləcə də Zaqafqaziya və Orta Şərqdə qonşularımızla sülh yolu ilə və intensiv iqtisadi əməkdaşlığa əsaslanan siyasət əhəmiyyətlidir;
  • Dünya siyasətində sürətlə artan Şərq ölkələri daha da böyük əhəmiyyətə malik olur, bunlardan Çinin rolu xüsusidir. Bu istiqamətlə əməkdaşlığın fəallaşdırılması bu gün də olduqca aktualdır və perspektivdə daha da əhəmiyyətli olacaqdır.

Biz inanırıq ki, ölkənin maraqlarına uyğun olan fəal praqmatik siyasət Gürcüstanın inkişaf perspektivini təmin edəcəkdir.

İdeoloji stereotiplər və illüziyalar əvəzinə, realistik və praqmatik

məqsədlərə uyğun olan xarici siyasət

  • Biz dövlət idarəetməsinin neoliberal ideologiyasını sosial-demokratik ideologiyası ilə əvəz edəcəyik!
  • Biz 30 illik səhv iqtisadi siyasətdən imtina edərək dövləti iqtisadiyyatın inkişafının başlanğıcına qoyacağıq!
  • Biz milli nihilizmi ölkənin inkişafına inamla əvəz edəcəyik!
  • Bizim məqsədimiz sadəcə hakimiyyətin növbəti dəyişdirilməsini nəzərdə tutmur. Bizim ölkənin taleyini, hər bir vətəndaşın həyatını əsaslı şəkildə dəyişəcək inqilabi çevirilişlərə ehtiyacımız vardır.
X